19 
Apr
2024
08:56
7
79
950
yuxarı
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
19 Apr, 2024
08:56
950
7
79
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, Qalalı kəndində “Hyundai” markalı avtomobil VAZ-2115-lə toqquşub.
Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Kərim Rövşən oğlu Həsənov, 2003-cü il təvəllüdlü Əlisəfa Telman oğlu Məmmədov və 2001-ci il təvəllüdlü Nurlan Abdul oğlu Mənəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək