18 
Apr
2024
18:40
6
265
2334
Virtual karabakh

Hacıqabulda qadın qatarın altında qalaraq faciəvi şəkildə ölüb - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB/VİDEO

18 Apr, 2024
18:40
2334

Hacıqabulda qadın qatarın altında qalaraq faciəvi şəkildə ölüb - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda yük qatarı qadını vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, 1975-ci il təvəllüdlü Təhminə Əhəd qızı İbrahimova Şirvan Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

17:52

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Bu barədə Oxu.Az-a QSC-dən məlumat verilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - deyə məlumatda qeyd edilib.

17:38

Hacıqabul sakinini qatar vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisindən keçən dəmiryol xəttində baş verib.

İlkin məlumata görə, dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub. O hadisə yerində həyatını itirib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri