18 
Apr
2024
19:04
34
368
17344
Virtual karabakh

Bakıda hamamda ölən şəxslərdən birinin kimliyi bilindi - YENİLƏNİB + VİDEO

18 Apr, 2024
19:04
17344

Bakıda hamamda ölən şəxslərdən birinin kimliyi bilindi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 18-də Ramana qəsəbəsi, dalan 1, ev 2 fərdi yaşayış evində iki nəfərin meyiti tapılıb.

Meyiti tapılan şəxslərdən birinin 37 yaşlı Ələmdar Abuzərov olduğu bildirilib.

Sakinlərin sözlərinə görə, digər şəxs isə xanım olub.

Onların dəm qazından zəhərlənərək öldükləri qeyd edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

16:08

Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

12:00

Bakıda evdən qadınla kişinin meyitləri tapılıb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Meyitlər həmin ünvanda yerləşən evlərdən birində hamam otağında aşkarlanıblar.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri