18 
Apr
2024
11:04
14
147
4481
Virtual karabakh

Bakıda TIR betonqarışdıranla toqquşdu: Xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO

18 Apr, 2024
11:04
4481

Bakıda TIR betonqarışdıranla toqquşdu: Xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzada xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, 18.04.2024-cü il tarixində saat 08:20-də iki şəxs qəza səbəbilə təcili tibbi yardım avtomobili ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.

2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ saidin dəri sıyrıntıları, sağ dizin və sağ aşıq baldır oynağının əzilməsi, sol çiyin qurşağının əzilməsi, 1995-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə sağ bazunun, üzün sağ yarısının dəri sıyrıntıları, sağ dizin əzilməsi, sol əlin ikinci barmağının əzilməsi diaqnozları ilə qəbul edilib.

Hər iki pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

09:46

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baku.ws məlumat yayıb.

Hadisə Binəqədi-Balaxanı şosesində qeydə alınıb.

Şahidlərin dediyinə görə, TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinəsi qopub düşüb.

Həmin görüntüləri təqdim edirik:

08:48

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri