18 
Apr
2024
00:00
17
96
1155
yuxarı
Yararsız avtobus dayanacaqları sürücülərin cərimələnməsinə səbəb olur - ŞİKAYƏT + VİDEO
18 Apr, 2024
00:00
1155
17
96
Yararsız avtobus dayanacaqları sürücülərin cərimələnməsinə səbəb olur - ŞİKAYƏT + VİDEO
Tovuzda avtobus dayanacaqları yararsız vəziyyətdə olduğundan sürücülər və sərnişinlər çətinlik yaşayırlar.
Xezerxeber.az-ın məlumatına görə, marşrut sürücüləri iddia edirlər ki, 20 kilometrlik marşrut xətti boyunca cəmi səkkiz dayanacaq mövcuddur.
Onların da çoxu yararsız vəziyyətdə olduğundan sərnişinlər orada gözləmirlər. Marşrut sürücüləri məcburən dayanacaqdan kənar saxladıqları üçün cərimə edilirlər. Lakin onlar bundan narazıdırlar.
Sürücülər mövcud durumu dayanacaq sayının az olması və olanların da ara məsafəsinin həddindən çox olması ilə əlaqələndirirlər.
Ətraflı süjetdə:
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək