17 
Apr
2024
12:24
6
80
1165
Virtual karabakh

Təhlükə saçan piyada zolaqları və problemə biganəlik - AÇIQLAMA + FOTO/VİDEO

17 Apr, 2024
12:24
1165

Təhlükə saçan piyada zolaqları və problemə biganəlik - AÇIQLAMA + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Hər gün Sabunçu rayonu, Yavər Əliyev küçəsindəki ticarət mərkəzinin qarşısında yolu keçmək əməlli-başlı işgəncəyə çevrilib”.

Bununla bağlı Oxu.Az-a sakinlər şikayət göndəriblər.

Qeyd olunub ki, buna səbəb Yavər Əliyev küçəsində piyada zolaqlarının silinməsidir. 

Şikayətdə vurğulanıb ki, artıq bir ilə yaxındır hərəkətin intensiv olduğu bu ərazidə piyadaların keçidi üçün nəzərdə tutulan xətlər silinsə də, bu problemə nə baxan, nə də bir ölçü götürən var. 

"Piyada zolaqlarının tamamilə yoxa çıxması səbəbindən  sürücülər yol kənarındakı piyada nişanına məhəl qoymurlar. Xüsusən də günün qaranlıq saatlarında hər an təhlükə ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Xüsusən də yaşlı insanlar və uşaqlar yolu keçməkdə əziyyət çəkirlər", - deyə şikayətdə yazılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, silinən nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri