16 
Apr
2024
17:48
299
35
9044
Virtual karabakh

İmtahanda maksimum nəticə göstərən məktəblilər: “Təkcə oxumaqla uğur olmur” - AÇIQLAMA + FOTO

16 Apr, 2024
17:48
9044

İmtahanda maksimum nəticə göstərən məktəblilər: “Təkcə oxumaqla uğur olmur” - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bakı şəhəri, Nərimanov rayonu 36 saylı orta məktəbin iki şagirdi imtahanda maksimum nəticə göstərib.

Oxu.Az-ın əməkdaşı həmin şagirdlərlə danışıb. Onlardan biri Jalə Xasıyevadır. O, maksimum nəticədən əmin olmadığını vurğulayıb:

“300 bal gözləyirdim, lakin tam əmin deyildim. Cavablar da gözləmədiyim anda çıxdı. Nəticələrin axşam açıqlanacağını gözləyirdim. Çox təəccübləndim və sevindim. Suallar normal, orta səviyyədə idi.

I ixtisas qrupu üzrə hazırlaşıram. ADA və ya Bakı Ali Neft Məktəbində Kompüter elmləri ixtisası üzrə təhsil almağı düşünürəm. Növbəti imtahanda hədəfim 390 baldır. Bu imtahanda da 300 bal demirdim. Öncədən demək düzgün deyil.

Bakıda oxumağı düşünürəm. Çox çalışıram. Gənclərimizə tövsiyə edərdim ki, çalışmaqla yanaşı, hədəflərini bilsinlər. Təkcə oxumaqla uğur olmur. Balanslaşdırmaq lazımdır. Ancaq dərs oxumaqla deyil”.

İlkin Əliyev isə nəticəsinin gözlənilməz olmadığını deyib:

“Sürpriz deyil. I ixtisas qrupu üzrə hazırlaşıram. Hələ ki ixtisas seçməmişəm. Dərslərdə də hər gün iştirak edirdim. Suallar asan gəldi. Keçən ilə nisbətən çox asan idi. Digər imtahandan 400 bal gözləyirəm. 700 balı hədəfləmişəm. Dostlarıma tövsiyə edərdim ki, çox çalışsınlar”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri