16 
Apr
2024
17:14
17
255
5257
Virtual karabakh

Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB + VİDEO

16 Apr, 2024
17:14
5257

Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qollarını doğrayaraq uşaq evindən qaçan 16 yaşlı qız Binə qəsəbəsində tapılıb”.

Bunu DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edib ki, Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qızın özünə xəsarət yetirməsi və oradan qaçması ilə bağlı polisə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan qız tapılaraq uşaq evinə təhvil verilib. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Hazırda araşdırmalar davam etdirilir”.

15:53

16 yaşlı qızın intihara cəhd etməsinin səbəbi bəlli olub.

Oxu.Az-a 3 saylı uşaq evindən bildirilib ki, hazırda qızın vəziyyəti yaxşıdır:

“Qız qollarını doğramayıb. Bir qədər özünə xəsarət yetirib, qolunun dərisi cızılıb. Həkimlər ilkin tibbi yardım göstəriblər. Hazırda onun səhhəti yaxşıdır.

O, dava etməyib. Sadəcə olaraq rəfiqəsinin atasının yanına getməsini istəməyib deyə, aralarında söz-söhbət yaranıb. Hazırda hər şey yaxşıdır, qız uşaq evindədir”.

14:46

Bakıda uşaq evində intihara cəhd olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri