Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB
Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB
“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində yaranan problem aradan qaldırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, problemin nədən qaynaqlandığı araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin fəaliyyətində heç bir problem yaranmayıb. Bu istiqamətdə vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlər qəbul edilməklə müvafiq xidmət göstərilir.
12:51
“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində problem yaranıb.
Bu haqda Oxu.Az-a oxucular məlumat verib.
Qeyd olunub ki, söhbət 1 saylı “ASAN xidmət” mərkəzindən gedir.
“Bu gün səhər 09:00-dan etibarən xidmətin işində hansısa problem yaranıb. Hazır sənədləri təhvil versələr də, sənəd qəbulu dayanıb”, - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova