16 
Apr
2024
12:42
112
16
1129
Virtual karabakh

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

16 Apr, 2024
12:42
1129

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14 dərəcə  isti, gündüz 19-24 dərəcə  isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri