16 
Apr
2024
10:46
114
5
705
Virtual karabakh

Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

16 Apr, 2024
10:46
705

Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndi şəhərində 36 silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, bir pulemyot-tapança, dörd tapança, üç tüfəng, 14 qumbara, bir qumbaraatan, beş alışdırıcı, üç mina başlığı, iki mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3 130 ədəd müxtəlif çaplı patron, iki rabitə vasitəsi və digər sursat aşkar olunaraq götürülüb.

Həmçinin polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, beş tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində isə üç ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri