26 
Mar
2024
13:13
9
129
1275
Virtual karabakh

Gəncə şəhərində evlər bir ilə yaxındır su altında qalıb, tədbir görən yoxdur - FOTO/VİDEO

26 Mar, 2024
13:13
1275

Gəncə şəhərində evlər bir ilə yaxındır su altında qalıb, tədbir görən yoxdur - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərindəki Yeni Gəncə yaşayış massivində Şəhid Elməddin Namazov küçəsindəki evlər bir il öncəki seldən sonra hələ də bərbad vəziyyətdədir.

Bununla bağlı Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.

Şikayətdə bildirilir ki, 2023-cü ilin may-iyun ayında leysan nəticəsində meydana gələn sel suları Gəncədəki Heydər Əliyev parkında olan süni gölü dağıdıb. Nəticədə həm həmin gölün suyu, həm də sel suları yaşayış evlərinə dolub və evlərə ciddi ziyan dəyib. Belə ki, evlərdəki bütün əşyalar, döşəmə və zirzəmilər yararsız hala düşüb.

Yeni Gəncə yaşayış massivinin sakini qeyd edir ki, bir ilə yaxındır, bu məsələ ilə bağlı şəhər icra hakimiyyətinə məlumat verilsə də, problemin həlli üçün addım atan heç bir səlahiyyətli nümayəndə yoxdur.

“Kanal salınmalı idi sel yatağı üçün, onu da etmədilər. Şəhər icra nümayəndələri problemə çox laqeyd yanaşırlar”, - deyə şikayətdə qeyd olunur.

Video və fotoları təqdim edirik:

@oxuaz

Gəncədə sular altında qalan evlər.

♬ оригинальный звук - Oxu.az News

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri