26 
İyl
2023
21:51
255
80
11900
Virtual karabakh

Azərbaycanda icra başçısının qardaşı intihar etdi? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

26 İyl, 2023
21:51
11900

Azərbaycanda icra başçısının qardaşı intihar etdi? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranaraq özünə atəş açıb.

Bu barədə “Report”a Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

Hadisə bu gün axşam saat 17:00 radələırində rayonun Pirəköcə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə ov tüfəngini təmizləyərkən ehtiyatsızlıq edib və silah onun əlində açılıb.

Nəticədə Azər Qaraşov qarın nahiyəsindən ağır xəsarət alıb və o elə hadisə yerindəcə dünyasını dəyişib. Bundan sonra hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

19:12

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib. 

O, hadisə yerində vəfat edib.

Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri