Apr
2023
12:05
18
225
1787
Virtual karabakh

Beş yaşlı Laçını bacısının taleyini yaşamağa qoymayaq: “Onu da itirməyə dözə bilmərəm” - FOTO

1 Apr, 2023
12:05
1787

Beş yaşlı Laçını bacısının taleyini yaşamağa qoymayaq: “Onu da itirməyə dözə bilmərəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beş yaşlı Laçının sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Orucova Samirə məlumat verib.

O bildirib ki, Laçının ürəyinin sol mədəciyində qapanma var.

“Laçın məktəbəqədər hazırlıq kursuna gedir, dərs zamanı ürəyi gedib. Müəlliməsi xəbər edən kimi Laçını götürüb dərhal həkimə getdik. Həkim övladımın ürəyinin sol mədəciyində qapanma olduğunu və təcili əməliyyat olunmalı olduğunu dedi. Laçın artıq bir neçə həftə öncə əməliyyat olunub”.

Samirə Orucova bildirib ki, 2012-ci ildə 18 aylıq qız övladını da ürək xəstəliyindən itirib.

“Laçın əməliyyat edilsə də, daimi müalicə almalıdır. Mən özüm aylıq 500 manata satıcı işləyirəm. Həm evin kirayəsi, həm müalicəyə imkanın yoxdur. Laçına hazırda yazılan dərmanların qiyməti 480 manat edir. Amma almağa imkanım yoxdur. Yardımsevər şəxslərdən mənim övladıma kömək olmaqlarını xahiş edirəm. Mən bir övladımı da itirməyə dözə bilmərəm”.

Ailə ilə əlaqə: 070 525 62 03

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri