Fev
2023
11:32
14
138
1000
Virtual karabakh

İki yaşlı Sevgi təcili əməliyyat olunmalıdır: Gün keçdikcə vəziyyəti daha da ağırlaşır - FOTO

3 Fev, 2023
11:32
1000

İki yaşlı Sevgi təcili əməliyyat olunmalıdır: Gün keçdikcə vəziyyəti daha da ağırlaşır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki yaşlı Sevgi hidrosefaliya (beyin daxili boşluqlarda mayenin həddən artıq toplanması nəticəsində əmələ gələn və özünü müxtəlif klinik əlamətlərlə büruzə verən xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Mirzəyeva Gülsurə məlumat verib.

O bildirib ki, övladının əməliyyatı üçün 6 000 manat lazımdır.

“Sevginin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Nə qədər müalicə etdirsək də, heç bir xeyrini görmədik. Sevgi yanvarın 7-də əməliyyat olunmalı idi, amma məbləği toplaya bilmədik deyə qaldı. Gün keçdikcə vəziyyəti daha da ağırlaşır. Əməliyyat üçün 6 000 manat lazımdır. Məbləğin 1 800 manatını qohumların, dostların köməyi ilə yığa bilsək də, geridə qalan 4 200 manatı toplaya bilmirik. Özümüz kirayədə qalırıq, evdə tək yoldaşım işləyir, mən Sevginin vəziyyətinə görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: 051 391 34 45

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri