Fev
2023
09:52
5
69
861
Virtual karabakh

Şəkidə ikimərtəbəli ev yanıb

3 Fev, 2023
09:52
861

Şəkidə ikimərtəbəli ev yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə yeddiotaqlı fərdi yaşayış evi yanıb.

APA xəbər verir ki, bu gün səhər saatlarında rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus, ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri