27 
Yan
2023
11:00
15
199
1212
Virtual karabakh

15 yaşlı Natiq kəskin leykozdan əziyyət çəkir - FOTO

27 Yan, 2023
11:00
1212

15 yaşlı Natiq kəskin leykozdan əziyyət çəkir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 yaşlı Natiqin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Davudova Ramilə məlumat verib.

O bildirib ki, oğlu altı aydır Mieloblast leykemiya (kəskin leykoz) xəstəliyindən əziyyət çəkir. 

“Natiq altı aya yaxındır kəskin leykozdan əziyyət çəkir və müalicə alır. Hələ ki, müalicənin ilkin mərhələsi davam edir. Natiq 9-cu sinifdə oxuyur, xəstəliyinə görə məktəbə gedə bilmir və dərslərindən geri qalır. Aylıq müalicə üçün 2000-3000 manat pul tələb olunur. Ailədə tək yoldaşım işləyir, mən isə Natiqin xəstəliyinə görə aylardır onunla birgə xəstəxanaları gəzirəm. İmkanlı şəxslərdən oğluma yardım etmələrini xahiş edirəm” 

Vətəndaş Davudov Natiq Namiq oğlu bağlı müraciət araşdırılıb. Valideyn övladının qan xərçəngindən (leykoz) əziyyət çəkdiyini qeyd edərək, B.Ə Eyvazov adına Elmi -Tədqiqat Hematologiya və Transfuziologiya İnstutunda qeydiyyatda olduğunu bildirib. Hazırda vətəndaş söügedən tibb müəssisəsində Dövlət proqramı çərçivəsində stasionar müalicə alır. Valideyin övladının Türkiyə Respublikasında sümük iliyi köçürülməsi əməliyyatı ilə bağlı köməklik göstərilməsini xahiş edib. Vətəndaşa əməliyyatın icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: 051 805 92 20

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri