15 
Dek
2022
15:38
261
11
2047
Virtual karabakh

Qusarın bir əsrlik tarixi olan “Tac-Mahal” məscidi - VİDEO

15 Dek, 2022
15:38
2047

Qusarın bir əsrlik tarixi olan “Tac-Mahal” məscidi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarın Hil kəndindəki məscidin maraqlı tarixçəsi var. Deyilənə görə, bu məscidi tikdirən şəxs Hindistana səyahət zamanı Tac-Mahalı görüb və elə bəyənib ki, öz kəndində buna bənzər məscid tikdirməyə qərar verib. 

İki mərtəbədən ibarət olan məscidin damı dəmir təbəqə ilə örtülüb, 1 metrdən də enli olan divarları isə çiy kərpicdən hörülüb. Günbəzdən başqa, məscidin künclərində hündürlüyü təqribən 4 metr olan minarələr qoyulub. 

Məscidin tikintisi səkkiz il vaxt aparıb. Tikintinin belə uzun sürməsinin səbəbi isə heç bir texnikadan istifadə olunmamasıdır. Məsciddə eyni zamanda 400 nəfər ibadət edə bilər. Sovet dövründə taxıl anbarı və klub kimi istifadə olunan ibadət ocağı sonradan yenidən fəaliyyətini bərpa edib.

Dünyanın Yeddi yeni möcüzəsindən biri və əbədi məhəbbətin rəmzi sayılan Tac-Mahala bənzərliyi ilə seçilən 110 yaşlı məscid hazırda kəndin 6000 sakini ilə yanaşı, həm də turistlərin maraqla üz tutduğu məkanlardan biridir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri