Dek
2022
12:38
5
356
2644
Virtual karabakh

Azərbaycanda ərinin döydüyü hamilə qadının dünyaya gətirdiyi uşaq öldü

5 Dek, 2022
12:38
2644

Azərbaycanda ərinin döydüyü hamilə qadının dünyaya gətirdiyi uşaq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.

Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri