26 
Noy
2022
16:04
674
16
1958
Virtual karabakh

Sentyabr təxribatlarında şəhid olan Şair Heydərovun qızı dünyaya gəlib

26 Noy, 2022
16:04
1958

Sentyabr təxribatlarında şəhid olan Şair Heydərovun qızı dünyaya gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 13-də Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Şair Heydərovun qız övladı dünyaya gəlib. 

Bu barədə Bizim.Media-ya şəhidin atası, Qusarın Mucuq kənd sakini Camal Heydərov məlumat verib. 

Onun sözlərinə görə, yeganə oğlunun körpəsi Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 

Camal Heydərov qeyd edib ki, körpəyə atasının arzuladığı Yeganə adı verilib: 

“Oğlum Şair şəhid olduğu gün mənimlə, anası və həyat yoldaşı ilə telefonla danışdı. Hamımıza tapşırdı ki, qızım olsa, adını Yeganə qoyun. Biz də Şairin arzusunu yerinə yetirdik. Elə bil, ürəyinə dammışdı ki, şəhid olacaq”. 

Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Viktoriya Pirseyidova şəhid xanımının və körpənin vəziyyətinin stabil olduğunu bildirib.

Körpənin çəkisi 3,8 kiloqramdır və sağlamdır. 

Qeyd edək ki, qusarlı hərbi qulluqçu Şair Heydərov Prezidentin sərəncamı ilə ölümündən sonra “3-cü dərəcəli Rəşadət Ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri