26 
Noy
2022
16:10
40
242
4788
Virtual karabakh

Bakının mərkəzində avtomobillərin hərəkəti iflic oldu - YENİLƏNİB + FOTO/VİDEO

26 Noy, 2022
16:10
4788

Bakının mərkəzində avtomobillərin hərəkəti iflic oldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahil” metro stansiyasındakı tıxacın səbəbi su xəttində baş verən qəza deyil”.

Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, sözügedən ünvanda su xətlərində heç bir qəza baş verməyib.

15:45

Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinliyə səbəb metronun “Sahil” stansiyası yaxınlığında su xəttində baş verən qəzadır.

Belə ki, məlumata görə, Səbail rayonunda, Bülbül prospekti ilə Xəqani küçəsinin kəsişməsindən keçən magistral su kəmərində qəza baş verib.

Nəticədə Xəqani küçəsi, Mirzə Fətəli Axundov adına kitabxana istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Bülbül prospektində böyük tıxac yaranıb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri