13 
Avq
2022
18:36
229
14
3611
Virtual karabakh

Xüsusi qulluq tələb etməyən, bir ədədi 20-25 qrama yaxın olan tikansız moruq - VİDEO

13 Avq, 2022
18:36
3611

Xüsusi qulluq tələb etməyən, bir ədədi 20-25 qrama yaxın olan tikansız moruq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhsulu bol, meyvəsi iri, yığımı isə çox rahatdır. Söhbət tikansız moruqdan gedir.

Goranboy rayonunun Dəliməmmədli şəhərində yaşayan Ceyhun İbrahimov həyətinin bir hissəsində xarici sort olan tikansız moruq yetişdirib.

Yerli sortlardan fərqlənən bu moruğun bir dənəsi təxminən 20-25 qrama yaxın olur. Xüsusi qulluq tələb etməyən bu giləmeyvənin bir kolu təxminən 3-4 kiloqram məhsul verə bilir.

C.İbrahimov hələ ki giləmeyvənin geniş satışını etməsə də, qiymətin normal olduğunu düşünür. Təsərrüfat sahibi gələcəkdə Avropadan gətirilən bitkini geniş sahələrdə becərməyin mümkün olduğunu deyir:

“Tikansız, iri dənəli moruq sortu yayın sonuna qədər məhsul verə bilir. İsti iqlimi olan Goranboyda bitkinin daha geniş sahələrdə yetişdirilməsi və yüksək məhsul əldə edilməsi mümkündür”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri