İyl
2022
00:16
24
289
1572
Virtual karabakh

Bərdənin susuz qalan fəvvarələri - VİDEO

4 İyl, 2022
00:16
1572

Bərdənin susuz qalan fəvvarələri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə yeni tikilən park, meydan və istirahət komplekslərində müasir fəvvarələr qurulsa da işləmir.

Sakinlərin sözlərinə görə, son günlər havalar normadan artıq isti keçsə də fəvvarələr işə salınmır. Baxımsız qalan su hovuzları zibil mənbəyinə çevrilib.

Hovuzlarda aylardı su təmizlənmədiyindən ətrafa üfunət qoxusu yayılır. Sakinlər bildirirlər ki, fəvvarələrin yalnız xüsusi bayram günlərində, ayda ildə bir dəfə işlədiyini görmək olar.

Məsələ ilə bağlı Bərdə şəhər icra nümayəndəliyindən bildirilib ki, şəhər ərazisində yerləşən fəvvarələrdə təmir və bərpa işləri aparılır. 

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri