27 
May
2022
16:36
240
12
1938
Virtual karabakh

Azərbaycanlı məktəblilərin ixtirası sayəsində dəniz və okeanlar daha təmiz OLACAQ

27 May, 2022
16:36
1938

Azərbaycanlı məktəblilərin ixtirası sayəsində dəniz və okeanlar daha təmiz OLACAQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdrak liseyinin 11-ci sinif şagirdləri Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında “Clean Aqua” ixtiralarını təqdim ediblər.

Oxu.Az-ın məlumatına görə, bu ixtira sayəsində dəniz və okeanları tullantılardan təmizləmək mümkündür.

Layihə okeanların və digər su hövzələrinin təmizlənməsi məqsədi ilə yaradılıb.

Qurğu su nasosunun köməyi ilə öz ətrafında bir növ burulğan yaradır, burulğana düşən zibil qurğunun içinə düşür və filtrlər vasitəsilə borulara ötürülür, konteynerlərə yığılır, su isə yenidən dənizə bişaldılır.

Adıçəkilən qurğu bir metr dərinlikdə quraşdırıldığı üçün sudakı canlılara zərər vermir.

Layihə komanda şəklində həyata keçirilib. Komandanın kapitanı Emil Həsənli, komanda üzvləri: Sunay Löymanzadə, Fidan Alışova, Ayşə Tapdıqzadə, İbrahim Abaszadədir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri