28 
Yan
2022
15:20
22
237
854
Virtual karabakh

Bahar Muradova: “Gender bərabərliyinin milli mənəvi dəyərlərə ziddiyyət yaratdığını görmürəm”

28 Yan, 2022
15:20
854

Bahar Muradova: “Gender bərabərliyinin milli mənəvi dəyərlərə ziddiyyət yaratdığını görmürəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gendər bərabərliyinin milli mənəvi dəyərlərə tərs mütənasib getməsinə dair düşüncələrin yaranması məsələnin mahiyyətini tam olaraq düzgün başa düşünmədiyinə işarədir.

Oxu.Az xəbər verir ki, bunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, hər kəsin öz fikri var biz buna müdaxilə edə bilmərik:

“Amma gender bərabərliyi təkcə Azərbaycanın deyil, bütün dünya ictimaiyyətinin reallığında ilk pillədə dayanan məsələdir. Cəmi iki cins var - qadın və kişi. Onların hır birinin hüquqları konstitusiya ilə, beyləxalq konvesiyalarla təmin edilməlidir. Bərabərsizlik varsa mütləq aradan qaldırılmalıdır. Fərdlərin öz hüquqlarından maksimum ya minimum yararlanmaq istəməsi onların şəxsi seçimləridir. Cəmiyyət və dövlət olaraq biz onlara bərabərlik təminatlarını yaratmalı və müəyyən təşviqedici fəaliyyət həyata keçirməliyik. Hər kəs bu hüquqların həyatına təsir etməsini hiss etməlidir. Bunun milli mənəvi dəyərlərə ziddiyyət yaratdığını görmürəm”.

B.Muradova onu da əlavə edib ki, istənilən normaların ifrat, radikal yanaşmalarla zərərli tərəfləri ola bilər :

“Bu cür cərəyanlar, yanaşmalar bütün dünyada müşahidə edilə bilir. Təkcə bizim ölkənin deyil, bütün dünya xalqlarının gender bərabərliyi məsələsində buna rast gəlinir. Çünki tamamilə hüquqi, sosial məsələdir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri