24 
Yan
2022
12:24
61
32
4979
Virtual karabakh

Karantin müddəti azaldıldı: Qərar kimlərə şamil ediləcək?

24 Yan, 2022
12:24
4979

Karantin müddəti azaldıldı: Qərar kimlərə şamil ediləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə Nazirlər Kabineti tərəfindən verilən yeni qərara əsasən koronavirusa yoluxan şəxslərin karantin müddəti azaldılıb.

Oxu.Az xəbər verir ki, qərarla bağlı cəmiyyət arasında müəyyən çaşqınlıq yaranıb. Sosial şəbəkə istifadəçiləri karantin müddətini müzakirə edir.

Məsələyə aydınlıq gətirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. 

Oxu.Az-ın sorğusuna cavab olaraq, Agentlikdən bildirilib ki, yanvarın 24-dən əvvəl koronavirusa yoluxmuş şəxslərdə karantin müddəti 14 gün olacaq:

“Yeni qərar yanvar ayının 24-dən qüvvəyə minib. Buna görə də qərarda qeyd edildiyi kimi, 7 gün karantin müddəti yalnız yanvar ayının 24-dən xəstəliyə yoluxmuş şəxslərə şamil edilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri