19 
Yan
2022
11:12
8
147
2130
Virtual karabakh

Goranboyda minaya düşən şəxsin yaxınları danışdı - VİDEO

19 Yan, 2022
11:12
2130

Goranboyda minaya düşən şəxsin yaxınları danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayon sakini 26 yaşlı Vüqar Məmmədov Tapqaraqoyunlu kəndinin ərazisində minaya düşüb.

Hadisə kənd sakininin özlərinə məxsus heyvanları İncə çaydan çıxaran zaman baş verib.

Yaralı özünü itirməyərək dostlarını köməyə çağırıb. O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sol ayağı dizdən aşağı amputasiya olunub.

Bir bacının yeganə qardaşı olan Vüqar Məmmədovun doğmaları həmin ərazidən kənd sakinlərinin gedib-gəldiyini, mal-qaranın ərazidə otladığını bildiriblər. Partlayan minanı isə sel sularının gətirdiyini iddia edirlər.

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hadisənin təfərrüatları istiqamətində araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri