17 
Yan
2022
22:14
265
18
3872
Virtual karabakh

“Beşiktaş”ın sabiq futbolçusunun qolundan sonra Türkiyədə Azərbaycan mahnısı səsləndirildi - VİDEO

17 Yan, 2022
22:14
3872

“Beşiktaş”ın sabiq futbolçusunun qolundan sonra Türkiyədə Azərbaycan mahnısı səsləndirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin III Liqasının (sayca IV divizion) II qrup matçının XX turunda stadionda Azərbaycan mahnısı səsləndirilib.

Oxu.Az-ın xəbərinə görə, İğdır şəhər stadionunda keçirilən “Alagöz Holdinq” – “Başkənt Universiteti Alanya Kestelspor” oyununda meydan sahiblərinin futbolçusu, vaxtı ilə Türkiyə millisi, “Beşiktaş” və “Trabzonspor” kimi klublarda oynamış Batuhan Karadəniz qol vurub. 

30 yaşlı hücumçu 74-cü dəqiqədə akrobatik zərbə ilə hesabı açıb. Bundan sonra cənubi azərbaycanlı soydaşımız İbrahim Əlizadənin oxuduğu “Səni deyirlər” mahnısı səsləndirilib.

Qeyd edək ki, görüş İğdır komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri