30 
Noy
2021
09:08
21
264
3555
yuxarı
Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı - AÇIQLAMA
30 Noy, 2021
09:08
3555
21
264
Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı - AÇIQLAMA
Səhər saatlarından etibarən Bakı metrosunda qatarların hərəkətində problem yaşanıb.
Oxu.Az xəbər verir ki, problem səbəbindən qatarların intervalında gecikmələr müşahidə edilib.
Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, ehtiyat qatarların dalana verilməsi intervalın yaranmasına səbəb olub.
“Ehtiyat qatarlar metronun “Memar Əcəmi” və “Neftçilər” stansiyasında dalana verildiyi üçün onların hərəkətində interval yaranır. Bu əməliyyat əsasən səhər saatlarında baş verir”.
Rövşən Əsədov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək