21 
Okt
2021
18:32
672
44
5106
Virtual karabakh

Eduard Məmmədov növbəti dəfə dünya çempionu oldu – FOTO/VİDEO

21 Okt, 2021
18:32
5106

Eduard Məmmədov növbəti dəfə dünya çempionu oldu – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov kikboksinqin kik layt növündə qızıl medal qazanıb.

63 kq çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib. 

Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək dünya çempionu olub.

Beləliklə, idmançımız WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Döyüşçü bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ilk yarışı idi. “Ağ canavar” ləqəbli idmançımız yarışda qələbəsini şəhidlərin ruhuna həsr edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri