20 
Okt
2021
12:18
28
261
1700
Virtual karabakh

Bərdədə müəllim və şagirdlər arasında koronavirusa yoluxma artıb - VİDEO

20 Okt, 2021
12:18
1700

Bərdədə müəllim və şagirdlər arasında koronavirusa yoluxma artıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə biri şəhər, biri kənd olmaqla iki məktəbdə dərslər müvəqqəti dayandırılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bərdə rayon şöbəsinin qərarına əsasən, Bərdə şəhər Alı Mustafayev adına 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbinin şəxsi heyəti arasında yoluxma sayının artması ciddi narahatlıq yaratdığından tədris 14 günlük müddətə məhdudlaşdırılıb.

5 saylı məktəbin direktoru Teymur Həmidov bildirib ki, rəhbərlik etdiyi məktəbdə 1 601 nəfər şagird təhsil alır. Yeddi müəllimdə virus aşkar edilib.

Bağlanan Qarağacı kənd tam orta məktəbində isə altı müəllim, bir texniki işçi koronavirusa yoluxub və tədris onlayn sistemə keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri