18 
Sen
2021
17:21
125
53
7651
Virtual karabakh

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – MƏBLƏĞLƏR

18 Sen, 2021
17:21
7651

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – MƏBLƏĞLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

(Məqalənin ardı)

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun Mədəniyyət Nazirliyinin Regional idarələrindən (qısa olsun deyə bəzi yerlərdə rayon adı ilə qeyd edəcəyik) aldığı rüşvətin məbləği açıqlanıb.

Bu barədə Oxu.Az məhkəmə istintaqının materiallarına istinadən xəbər verir.

Rafiq Bayramovun xidməti otağına baxış zamanı qarşısında müxtəlif məbləğlər qeyd olunmuş vərəqdə siyahı yer alıb.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb.

İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Onun digər regional idarələrdən aldığı rüşvətin syihısı da həmin vərəqdə yazılıb.

- Gəncə: 158 465 manat,

- Ağdaş: 116 965 manat,  

- Biləsuvar: 115 965 manat, 250 500 manat,

- Masallı: 116 165 manat,

- Lənkəran: 116 065 manat,

- Sabirabad: 216 565 manat,

- Ağcabədi: 201 965 manat,  

- Bərdə: 174 965 manat, 250 500 manat və 68 000 manat,

- Şəki: 141 465 manat,

Qeyd edək ki, 2020-ci ilin mayın 8-də məhkəmənin qərarı əsasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçirmişdi.

Prezident İlham Əliyevin 2020-ci ilin mayın 9-da imzaladığı sərəncamlarla hər iki şəxs tutduqları vəzifədən azad olunmuşdu.

Rafiq Bayramov 2021-ci ilin avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zakir Sultanovun isə məhkəmə prosesi davam etdirilir, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri