Sen
2021
17:52
478
28
1853
Virtual karabakh

Türk Şurası ölkələrinin media üzvlərinin azad edilmiş ərazilərə səfəri başa çatıb - YENİLƏNİB + FOTOREPORTAJ

2 Sen, 2021
17:52
1853

Türk Şurası ölkələrinin media üzvlərinin azad edilmiş ərazilərə səfəri başa çatıb - YENİLƏNİB + FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşaya səfər ediblər.

Oxu.Az-ın məlumatına görə, “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilən səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak ediblər.

Səfər çərçivəsində xarici media nümayəndələri Füzulinin minalardan təmizlənməsi prosesini, Cəbrayıl şəhər qəbiristanlığındakı, Ağdam şəhərindəki erməni vandalizminin ağır nəticələrini görüblər.

Bundan başqa, media nümayəndələri Şuşada Yuxarı Gövhər Ağa məscidində, Şuşa qalasında, Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində olublar.

Tədbir iştirakçılarına erməni vəhşiliyi və 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə görülən işlərlə bağlı geniş məlumatlar verilib.

14:12

Türk Şurası ölkələrinin media nümayəndələrinin Ağdama səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, xarici jurnalistlər Ağdam şəhərindəki Cümə məscidinə baş çəkəcək, şəhərdə erməni vandalizminin ağır nəticələri ilə tanış olacaqlar.

Daha sonra media nümayəndələri rayonun Qiyaslı kəndindəki məscidi ziyarət edəcəklər.

Samir İsayev

FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri