May
2021
13:06
170
21
9358
Virtual karabakh

Faydasından çoxlarının xəbəri olmayan yulğun - VİDEO

8 May, 2021
13:06
9358

Faydasından çoxlarının xəbəri olmayan yulğun - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hündürlüyü 6 metrə qədər olan yulğun ağacı adətən aprelin axırları və may ayında çiçəkləyir. Çiçək tacı ağ və çəhrayı rəngdə olur. Mütəxəssislərin dediyinə görə, yulğun bol oksigen verməklə yanaşı, həm də torpağı münbitləşdirir. Onun özəlliklərindən biri isə quşların sığınacaq yerinin olmasıdır.

Həm suya, həm də quraqlığa davamlı olan yulğunun laksa adlı bir növü var ki, bu da “Qırmızı kitab”a düşüb. Həmin növə Azərbaycan və Gürcüstanın təbiətində rast gəlmək mümkündür.

Mütəxəssislərin fikrincə, yulğunun insan orqanizminə faydası olduqca böyükdür. Xüsusilə onu üzərlik kimi yandırıb, tüstüsünü udmaqla tənəffüs yollarının açılmasında, eləcə də ağciyərlərin müalicəsində istifadə edirlər. Mütəxəssislər hesab edirlər ki, yulğunun kəsilməsinə görə cərimələrin tətbiq olunmasına baxmayaraq, lakin ana təbiətin bəxş etdiyi bu neməti qorumaq lazımdır ki, gələcək nəsillərə ötürə bilək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri