May
2021
11:49
29
372
6798
Virtual karabakh

Bakıda güclü külək 15 ağacı aşırıb - YENİLƏNİB + FOTO

5 May, 2021
11:49
6798

Bakıda güclü külək 15 ağacı aşırıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda güclü külək səbəbindən aşan ağacların sayı 15-ə çatıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. 

Bildirilib ki, paytaxt küçələrində aşan ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

10:58

Gecə saatlardan başlayan güclü külək Bakıda daha bir ağacı aşırıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Qarabağ küçəsi 30 ünvanında qeydə alınıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləyin olacağıyla bağlı öncədən məlumat yayıb.

09:42

Güclü külək Bakıda fəsadlar yaradıb. 

Oxu.Az-ın məlumatına görə, paytaxtın Yasamal, Suraxanı, Nizami, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb. Ümumilikdə paytaxt ərazisində beş ağac aşıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar mövcud vəziyyətlə bağlı hadisə yerinə yollanıb:

“Paytaxt ərazisində gecə saatlarından müşahidə edilən güclü külək beş ağacı aşırıb. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Könül Cəfərli 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri