19 
Apr
2021
18:09
35
373
2197
Virtual karabakh

Qazaxda yeni çəkilən yol çökdü

19 Apr, 2021
18:09
2197

Qazaxda yeni çəkilən yol çökdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax şəhərində altı ay əvvəl çəkilən yol çöküb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, şəhərdə küçələrinin birində yol təzə təmir olunsa da, artıq çöküb.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:

“Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.

Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri