18 
Apr
2021
11:05
36
440
5851
Virtual karabakh

Atası tərəfindən şiddətə məruz qalan uşaqla bağlı məsələ DİN-in nəzarətindədir - FOTO

18 Apr, 2021
11:05
5851

Atası tərəfindən şiddətə məruz qalan uşaqla bağlı məsələ DİN-in nəzarətindədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Keşlə qəsəbəsində azyaşlının atası tərəfindən mütəmadi olaraq şiddətə məruz qaldığı barədə məlumatlar yayılıb. 

Oxu.Az xəbər verir ki, iddialara görə, azyaşlının müdafiəsi ilə bağlı bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşımlar edilib. 

Bununla bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də paylaşım edib. Onun sözlərinə görə, azyaşlının şiddət gördüyünü dair ona da zənglər daxil olub:

“Mənə zəng edib bu uşağın atası tərəfindən şiddət gördüyü, anasının isə vəziyyətə heç bir reaksiya vermədiyi bildirilib. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat vermişəm. Əgər bu uşağa qarşı cinayət faktları öz təsdiqini taparsa, ana da məsuliyyət daşımalıdır”.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlı ilə bağlı məsələ rəhbərliyin nəzarəti altındadır:

“Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri