Mar
2021
15:09
84
12
934
Virtual karabakh

“Azəriqaz”: “Tovuzun mərkəzi küçəsində qaz təchizatı bərpa edildi”

9 Mar, 2021
15:09
934

“Azəriqaz”: “Tovuzun mərkəzi küçəsində qaz təchizatı bərpa edildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunun Heydər Əliyev prospektində avtomobil qəzası zamanı yararsız hala düşən qaz xətti üzrə bərpa işləri tamamlanıb. 

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

O bildirib ki, nəticədə 800 abonentin qaz təchizatı yenidən bərpa olunub:

“Bərpa işlərini daha tez həyata keçirməyi planlaşdırsaq da, hava şəraitinin kəskin olması prosesin gedişatına öz təsirini göstərdi. Lakin hazırda Tovuz şəhərinin mərkəzi prospektində yol nəqliyyat hadisəsi nəticəsində sıradan çıxan qaz xətləri tamamilə bərpa olunub. Hazırda hər hansı bir problem qalmayıb”.

C.Səfərov qeyd edib ki, bərpa işləri Şəmkir Regional Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri