Mar
2021
14:24
12
162
1423
Virtual karabakh

Nərimanov sakinlərinin su problemi niyə həll olunmur? - Qurumdan AÇIQLAMA

3 Mar, 2021
14:24
1423

Nərimanov sakinlərinin su problemi niyə həll olunmur? - Qurumdan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda sakinlər “Azərsu” ASC-dən şikayətçi olduqlarını deyirlər. 

Bu barədə Oxu.Az-a bina sakinləri tərəfindən məlumat verilib. Söhbət paytaxtın Nərimanov rayonu, Azadlıq prospekti 114 ünvanından gedir. 

Belə ki, sözügedən binada yaşayan sakin iddia edir ki, 2017-ci ilin noyabr ayından etibarən “Azərsu” ASC su sayğacları quraşdırmağa başlayıb:

“Beləliklə su xətlərini mənzillərdən kənara çıxarıb, sayğacları qapıdan çöldə yerləşdirdilər. Biz “Azərsu” ASC-yə rəsmi müraciət etdik ki, bu bina qeyri-adi layihə üzrə tikilib, qapalı və isitmə sistemi olan blokları yoxdur. Bildirdik ki, şaxtalı havada su boruları, hətta su sayğacları da donacaq və mənzillərə su getməyəcək. Xahiş etdik ki, ya su borularını mənzillərin içərisində saxlayın, ya da qışda donmaması üçün zəruri olan bütün tədbirləri görün. 

Təəssüf ki, çoxsaylı müraciətlərimizə məhəl qoyulmadı. Bu ilə qədər qış nisbətən normal keçdiyi üçün problem yaşamamışdıq. Lakin, bu il şaxtalı hava şəraiti, havanın temperaturunun çox aşağı düşməsi boruların donmasına səbəb oldu. Bir neçə gün bina sakinləri suya həsrət qaldı. Bu problemlərin aradan qaldırılması üçün kimə və hansı şəkildə müraciət edəcəyimizi bilmirik.”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab verən qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin binada blok olmadığı üçün layihə çərçivəsində mənzillərin içərisi ilə gedən su boruları çölə çıxarılıb:

“Su boruları binanın çölünə çıxarılıb və hər bir sakinə çıxarış verərək, sayğac quraşdırılıb. Bu proses layihə çərçivəsində aparılıb. Binada blok olmadığı üçün mümkün olan tədbirlər görülüb. Sayğaclar sıradan çıxanda, donanda bizim əməkdaşlar baxır və problem araşdırılaraq həll olunur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri