25 
Yan
2021
12:15
67
9
908
Virtual karabakh

2020-ci ildə bələdiyyələrlə bağlı neçə akt tərtib edilib? - RƏSMİ

25 Yan, 2021
12:15
908

2020-ci ildə bələdiyyələrlə bağlı neçə akt tərtib edilib? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkə qanunvericiliyinə müvafiq olaraq nazirliyin tabeliyində olan Bələdiyyələrlə iş mərkəzi tərəfindən 79 858 akt tərtib olunub, 76 433 akt qanuna uyğun olub. Normativ hüquqi aktların tələblərinə zidd olan 2 939 aktın isə dəyişdirilməsi və ləğvi üçün aidiyyəti üzrə tapşırıq verilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, pandemiya dövründə digər sahələrdə olduğu kimi Bələdiyyələrlə iş mərkəzinin də fəaliyyətində çətinliklər yaranıb:

“İnzibati tədbirlər görülməsi nəticəsində bələdiyyə aktlarının ləğvi məsələləri 0,5 faiz azalıb.

İl ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 503 müraciətə baxılıb, bu əvvəlki illərlə müqayisədə 6% çoxdur. Təmin edilən müraciətlərin sayı isə 17 faiz artıb. Bu istiqamətdə 800 nəfərin qəbulu həyata keçirilib.

Bununla yanaşı, müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328, ötən ildən 45% çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğvi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib.

Eyni zamanda ötən il ərzində nazirlik tərəfindən verilən ümumilikdə 3267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq nazirlik tərəfindən məhkəmələrdə 15 iddia qaldırılıb. Onlardan 2-si məhkəmə tərəfindən təmin edilmiş, 13-ü isə məhkəməlrin icraatındadır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri