Dek
2020
08:36
14
295
1933
Virtual karabakh

Tovuzda ağır qəza: 44 yaşlı kişi öldü - VİDEO

2 Dek, 2020
08:36
1933

Tovuzda ağır qəza: 44 yaşlı kişi öldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Tovuz-Əlibəyli avtomobil yolunda qeydə alınıb. Ələsgər Hüseynov idarə etdiyi “KamAZ” markalı maşını ilə yolu keçmək istəyən 44 yaşlı rayonun Aşağı Quşçu kənd sakini Mehman Məmmədovu vurub.

Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarət alan yaralı gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri