Dek
2020
11:44
345
36
3226
Virtual karabakh

Bakıda yeni avtobus zolaqları çəkilir - RƏSMİ

1 Dek, 2020
11:44
3226

Bakıda yeni avtobus zolaqları çəkilir - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bəzi küçə və prospektlərdə avtobuslar üçün ayrıca zolaq çəkilir.

Bunu Real TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, artıq daha 10 küçə və prospektdə avtobusların xüsusi hərəkət zolaqlarının təşkilinə icazə verib:

“Gəncə, Qara Qarayev, Atatürk prospektləri, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Abbas Mirzə Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli və Müzəffər Rəhimov küçələrində yeni zolaqlar çəkilir. Əsas məqsəd günün səhər və axşam pik saatlarında müşahidə olunan sərnişinlərin daha az sıxlıqda qalmasıdır”.

“Mikayıl Hüseynov küçəsində artıq zolaq təşkil olunub. Qarşıdakı günlərdə ərazidə xüsusi nişanlar da vurulacaq və sürücülər buna əməl etməlidirlər. Zolaqlar olandan sonra da təcili tibbi yardım maşınları həmin yoldan keçə biləcək”, - deyə qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri