13 
İyl
2020
20:24
58
578
15463
Virtual karabakh

Yalanlarla dolu erməni mətbuatı yenə iş başındadır - VİDEO

13 İyl, 2020
20:24
15463

Yalanlarla dolu erməni mətbuatı yenə iş başındadır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yenə bir təxribat, yenə mətbuatda çıxan yalan məlumatlar, yenə qondarma erməni iddiaları...

Ötən gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədində təxribat törədib. Təxribat bu gecə saatlarında da davam edib. Atışma nəticəsində dörd hərbi qulluqçumuz şəhid olub.

Ancaq nə təsadüf ki, yenə ermənilərin dövlət rəsmilərindən tutmuş, mətbuatına qədər hər biri dezinformasiyalar yayaraq, atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir.
Məsələn, Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində uydurub ki, guya bazar günü yerli vaxtla saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın dövlət sərhədinin Tavuş (Tovuz) vilayəti istiqamətində və UAZ markalı nəqliyyat vasitəsi ilə pozmağa cəhd edib. 

Hakimiyyətə gəldikdən bəri populist açıqlamalardan başqa heç nə ilə yadda qalmayan və dəfələrlə Azərbaycan prezidentinin faktlarla susdurduğu baş nazir Nikol Paşinyan isə yenidən cuşa gəlib. Deyib ki, Bakının heç bir təxribatçı hərəkəti cavabsız qalmayacaq. Görünür, Paşinyan aprel döyüşlərini yaxşı xatırlamır.

Paşinyan iddia edib ki, guya Azərbaycan rəhbərliyi xalqını epidemioloji təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaq əvəzinə, hərbi ritorikanı müdafiə edir.

Bu halda isə bu hörmətsiz baş nazirə öz ölkəsində olanları xatırlatmaqda fayda var ki, hər gün artan və 33 min nəfərə çatan yoluxma halları, 600-ə yaxınlaşan ölüm faktlarını yadından çıxarmamalıdır. Hər bir mübarizədə olduqları kimi, koronavirus məsələsində də uğursuzluğa düçar olublar. 

Üstəlik, bütün xarici ekpertlər də məhz Ermənistan hakimiyyətinin daxili böhrandan fikir yayındırmaq üçün cəbhədə təxribatlara əl atdığını bəyan edirlər. Belə hal nə ilkdir, nə də yəqin ki, sonuncu olacaq. Ona görə də, Paşinyan yaxşı olar ki, güzgüyə baxıb, öz adını başqasına qoymasın. 

Və sonda... erməni hakimiyyəti nəhayət başa düşməlidir ki, onlar işğal etdikləri torpaqlardan çıxmayınca, Azərbaycan hərbi gücü və iqtisadi blokadası qarşısında aciz qalacaqlar. Bütün dünyadan təcrid olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri