İyn
2020
17:24
24
204
8694
Virtual karabakh

Ramin Bayramlıdan həftəsonu məhdudiyyətləri ilə bağlı VACİB AÇIQLAMA

4 İyn, 2020
17:24
8694

Ramin Bayramlıdan həftəsonu məhdudiyyətləri ilə bağlı VACİB AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həftəsonu məhdudiyyətləri bir neçə dəfə tətbiq edilə bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, belə məhdudiyyətlər epidemik göstəricilər baxımından effektli, amma iqtisadi və sosial baxımından mənfi nəticələrə səbəb olur:

“Ona görə qısamüddətli qapanmalara gedilir”.

R.Bayramlı bildirib ki, koronaviruslu xəstələrin artması ilə xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb:

“İctimai nəqliyyatda maskalardan istifadə edilməməsi, metroda arzuolunmaz halların yaşanması buna səbəbdir. Hətta bunu kiçik qələbə kimi qələmə verirlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri