İyn
2020
10:14
14
186
6488
Virtual karabakh

Bakıda xəstəxanada beş ayda 68 ölüm - RƏSMİ

3 İyn, 2020
10:14
6488

Bakıda xəstəxanada beş ayda 68 ölüm - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) beş ay ərzində 68 ölüm faktı qeydə alınıb. Son dövrlər ETACXİ-də ard-arda qeydə alınan ölüm faktlarının sayı artıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, institutda qeydə alınan ölüm faktlarının ümumi statistikası tutulur.

Statistik nəticələrə görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvar ayı ərzində 18, fevralda doqquz, martda 15, apreldə 13, mayda 13 ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, ölən şəxslər arasında koronavirusa yoluxmuş xəstələrin olması da istisna edilmir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri