İyn
2020
09:44
19
229
8477
Virtual karabakh

Azərbaycanda adambaşına düşən borcun məbləği açıqlandı

3 İyn, 2020
09:44
8477

Azərbaycanda adambaşına düşən borcun məbləği açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 870 milyon 300 min manat təşkil edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.

Dövlət borcu 2019-cu il üzrə ümumi daxili məhsula (ÜDM) nisbətdə 20,7 faizə bərabərdir. Adambaşına düşən borc isə 1675,8 manat təşkil edib.

Ümumi dövlət borcunun 15 milyard 454 milyon 700 min manatı xarici dövlət borcuna, 1 milyard 415 milyon 600 min manatı isə daxili dövlət borcuna aid olub.

Qeyd edək ki, 2019-cu ildə ölkənin ÜDM-i əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri