İyn
2020
10:40
17
174
3184
Virtual karabakh

Bakıda daha iki qız itkin düşdü

2 İyn, 2020
10:40
3184

Bakıda daha iki qız itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda daha iki qız itkin düşüb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisələrdən biri paytaxtın Sabunçu, digəri isə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, mayın 30-u Sabunçu rayonu, 4-cü mədən küçəsində yaşayan 1986-cı il təvəllüdlü G.İsayeva evdən çıxıb və geri qayıtmayıb.

İkinci hadisə isə iyunun 1-də olub. Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsində yaşayan 2005-ci il təvəllüdlü F.Bədəlova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı ərazi üzrə polis idarələrində araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri