İyn
2020
09:54
3
131
1773
Virtual karabakh

Kürdəmir sakini velosiped sürən yeznəsini avtomobillə vurdu

1 İyn, 2020
09:54
1773

Kürdəmir sakini velosiped sürən yeznəsini avtomobillə vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Baku.TV xəbər verir ki, qəza rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 22 yaşlı Saleh Əsədov kənd ərazisində velosipedlə hərəkətdə olarkən onu rayonun Böyük Kəngərli kənd sakini, 33 yaşlı Pünhan Əliyev avtomobili ilə vurub. Maşının sürücüsü hadisə yerindən yayınıb.

Müxtəlif bədən xəsarətləri alan S.Əsədov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Sürücü P.Əliyev isə Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, P.Əliyev velosiped sürən S.Əsədovun bacısının həyat yoldaşıdır. Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri