30 
May
2020
10:51
144
44
1896
yuxarı
Bakıda binanın zirzəmisinə dolan çirkab suları təmizləndi - FOTO
30 May, 2020
10:51
1896
144
44
Bakıda binanın zirzəmisinə dolan çirkab suları təmizləndi - FOTO
Bakıda Xətai rayonu, Babək prospekti, 90 ünvanında yerləşən doqquzmərtəbəli binanın zirzəmisinə dolan çirkab suları ilə bağlı məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, problem işıqlandırıldıqdan sonra sözügedən ünvanda qeydə alınan problem öz həllini tapıb.
Vətəndaşın sözlərinə görə, Xətai rayonu üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilib.
Qurumun əməkdaşları tərəfindən binanın zirzəmisində partlamış kanalizasiya borularından axan çirkab suları təmizlənib.
Eləcə də, “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsi tərəfindən köhnə və partlamış kanalizasiya boruları yeniləri ilə əvəz olunub.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək