28 
May
2020
14:36
22
154
2839
Virtual karabakh

Məhv olmaq təhlükəsi ilə üzləşən 200 yaşlı bina - VİDEO

28 May, 2020
14:36
2839

Məhv olmaq təhlükəsi ilə üzləşən 200 yaşlı bina - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda yaşı 200-dən yuxarı olan bina var. 

Baku.Tv xəbər verir ki, bina dam örtüyü istisna olmaqla necə tikilibsə, elə də qalıb.

Yaşlı sakinlərin dediyinə görə, Salyanda bir əsrdən çox yaşı olan binalar qalsa da, 200 ildən çox yaşı olan belə nadir bina yoxdur. Bu qədim ev rayonun Babazənan yaşayış massivində, Kür çayının yaxınlığında tikilib.

Vaxtilə bu yaşayış binasını salyanlı bəylərdən biri tikdirib. Sovet hakimiyyəti qurulana kimi evdə yaşayış olub.

Binanın hündürlüyü 3,5 metr, qırmızı kərpicdən hörülmüş divarın qalınlığı isə bir metrdir.

Yaşayış evindən ötən əsrin 90-cı illərinə kimi idarə, müəssisə və məktəb kimi istifadə edilib. O vaxtdan indiyə kimi sahibsiz qaldığından, binanı dağılmamaq üçün yerli sakinlər qoruyub. 

Sakinlər deyirlər ki, gələcək nəsillərin keçmişimizi bilməsi baxımından belə binaların qorunması olduqca vacibdir. Əgər bu bina dövlət tərəfindən qorunub saxlanılmazsa, gələcəkdə məhv olub gedəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri